Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürəcək.
I turun oyunları 3 günü əhatə edəcək. D Liqasının III qrupunda yer alan Azərbaycan millisi ilk matçını sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçirəcək.
İlk oyun günündə isə Avropanın müxtəlif ölkələrində 9 görüş baş tutacaq. A Liqasında favoritlərdən sayılan Almaniya və Fransa üz-üzə gələcək. Azərbaycan millisinin yer aldığı D liqasında isə Qazaxıstan–Gürcüstan və Latviya–Andorra oyunları keçiriləcək.
A Liqası
I qrup
6 sentyabr
22:45. Almaniya – Fransa
II qrup
8 sentyabr
20:00. İsveçrə - İslandiya
III qrup
7 sentyabr
22:45. İtaliya – Polşa
IV qrup
8 sentyabr
22:45. İngiltərə - İspaniya
B Liqası
I qrup
6 sentyabr
22:45. Çexiya – Ukrayna
II qrup
7 sentyabr
22:45. Türkiyə - Rusiya
III qrup
8 sentyabr
17:00. İrlandiya - Bosniya və Herseqovina
IV qrup
6 sentyabr
22:45. Uels – İrlandiya
C Liqası
I qrup
7 sentyabr
22:45. Albaniya – İsrail
II qrup
8 sentyabr
20:00. Finlandiya - Macarıstan
22:45. Estoniya - Yunanıstan
III qrup
6 sentyabr
22:45. Sloveniya - Bolqarıstan
22:45. Norveç – Kipr
IV qrup
7 sentyabr
22:45. Litva - Serbiya
22:45. Rumıniya - Montoneqro
D Liqası
I qrup
6 sentyabr
18:00. Qazaxıstan – Gürcüstan
22:45. Latviya – Andorra
II qrup
8 sentyabr
20:00. Belarus - San Marino
22:45. Lüksemburq - Moldova
III qrup
7 sentyabr
20:00. Azərbaycan - Kosovo
22:45. Farer adaları - Malta
IV qrup
6 sentyabr
22:45. Ermənistan - Lixtenşteyn
22:45. Cəbəllütariq - Makedoniya
Yarışın formatı
UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. 1 – 12-ci yerlər A, 13 – 24-cü yerlər B, 25 – 39-cu yerlər C, 40 – 55-ci yerlər isə D liqasına düşüblər.
A liqasında 4 qrupun qalibi olacaq kollektivlər 2019-cu ilin iyununda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Burada yarımfinal, 3-cü yer uğrunda matç və final oynanılacaq. B, C və D liqalarının qrup qalibləri isə üst liqaya vəsiqə əldə edəcəklər. A, B və C liqasında sonuncu yeri tutanlar isə aşağı liqaya düşəcəklər.
Daha önəmli məqam isə odur ki, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq “Dördlər finalı”nda müəyyənləşəcək. Burada bir matçdan ibarət yarımfinal və final olacaq.
UEFA İcraiyyə Komitəsinin qüvvədə olan qərarına əsasən, ölkələr arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların pley-off mərhələsində üz-üzə gəlmələri qaçılmaz olacaq.
Millətlər Liqasının təqvimi
Qrup mərhələsi
I tur: 6 - 8 sentyabr
II tur: 9 - 11 sentyabr
III tur: 11 - 13 oktyabr
IV tur: 14 - 16 oktyabr
V tur: 15 - 17 noyabr
VI tur: 18 - 20 noyabr
Final mərhələsinin püşkü: 2018-ci il dekabrın əvvəli
Final mərhələsi: 5 - 9 iyun 2019-ci il
AVRO-2020-nin pley-off mərhələsinin püşkü: 22 noyabr 2019-cu il
AVRO-2020-nin pley-off mərhələsinin oyunları: 26 - 31 mart 2020-ci il
Mükafat fondu
Millətlər Liqasında iştirak edən 55 ölkənin milli assosiasiyasına ödəniləcək həmrəylik və bonus fondu 76,25 milyon avro təşkil edir. UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro olacaq. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.
2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün əlavə mükafat nəzərdə tutulub. Çempion komanda 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro əldə edəcək.
Trend