Beynəlxalq Bankın özəlləşdirilməyə hazırlanması ilə bağlı müzakirələr aparılıb



Baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasda İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Aqrarkredit QSC, Azərbaycan Sənaye Korporasiyası ASC-nin rəhbərləri iştirak edib.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb və aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri