Rusiya prezidenti Azərbaycana səfər edəcək



Rusiya prezidenti Vladimir Putin cari ilin sentyabr və oktyabr aylarında Azərbaycan, Tacikistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib: "Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Bundan başqa, 27-28 sentyabrda dövlət başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri liderlərinin görüşündə iştirak edəcək. Oktyabr ayı üçün Vladimir Putinin Özbəkistana səfəri planlaşdırıb".



Bundan başqa, Uşakovun sözlərinə görə, Rusiya ilin sonuna qədər RF, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli sammit qəbul edəcək: "Görüşü keçirmək üçün bizim növbəmizdir. Həmkarlarımızla onlar üçün nə vaxt rahat olduğunu müzakirə edəcəyik".




Trend
Şərhlər
Siyasət bölməsinin xəbərləri