Bu il rekord sayda abituriyent tələbə adını qazanıb



Yeni tədris ilinə sürətlə hazırlıqlar gedir. Hazırlıq mərhələsi yekunlaşmaq üzrədir.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir deyib ki, 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq:

"Həm onları, həm də onların valideynlərini təbrik edirəm. Bu il rekord sayda, təxminən 41 min insan tələbə adını qazanıb. Bu ötən illərlə müqayisədə ən yüksək göstəricidir".

C.Bayramov deyib ki, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri yaxud yenidən qurulması işləri planlaşdırılıb:

"Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq. Bu il üçün ümumilikdə 332 adda 7 mln.a yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanılıb".




Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri