Rixos Sungate-də Miss Fashion TV Awards həyəcanı yaşandı

 
     


Rixos Sungate, 26-31 avqust tarixlərində moda dünyasının İngilis nəhəngi Fashion TV tərəfindən təşkil olunan  Miss Fashion TV Awards-a ev sahibliyi etdi. 30 ölkədən iştirakçının qatıldığı final gecəsində Moldovanı təmsil edən Gabriela Slivca birinci, Venesuela gözəli Patricia Acosta ikinci oldu. Üçüncü yerin sahibi isə İsrailli Romi Nest oldu.



Avropanın lider əyləncə oteli seçilən Rixos Sungate, dünyanın ən prestijli model yarışmalarından olan Miss Fashion TV Awards-a ev sahibliyi etdi.  30 ölkədən yarışmaya qatılan 30 iştirakçı, finaldan əvvəl 6 günlük düşərgə həyatı yaşadılar. Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan, Azərbaycan, Makedoniya, İngiltərə, Fransa, İsveç, Avstriya, Yunanıstan, İsrail, Argentina və Almaniya başda olmaqla ümumi 30 ölkədən gələn iştirakçılar finala çoxsaylı əyləncəli və idman fəaliyyətlərində iştirak edərək  hazırlaşdılar.



Əyləncəli düşərgədən və bir-birindən fərqli fəaliyyətlərdən sonra gözəllər;  dərəcə  almaq üçün 31 avqust cümə gecəsi podiumdaki yerlərini tutdular. Həyəcanlı anların yaşandığı final gecəsində; Moldovadan Gabriela Slivca birinci, Venesuela gözəli Patricia Acosta ikinci, İsrail gözəli Romi Nest isə üçüncü  yerin sahibi oldu. Yarışmada Türkiyəni  təmsil edən Rengin Kurt isə  Miss Fotomodel seçildi.

Bundan başqa , dərəcə alan ilk 10 model, 7 oktyabrda  Şimali Kipr Türk Respublikasında baş tutacaq  Fashion TV Model Awards-ın dünya finalına birbaşa  iştirak etmə hüququ qazandı.



Fəxri qonaq qismində Jan Klod Van Dam

26-31 avqust tarixlərində moda dünyasının gözlərini Antalyaya çevirən təşkilata  fəxri qonaq qismində  və münsiflər heyətinin üzvü olaraq, döyüş filmlərinin unudulmaz ulduzu və Belçikalı idmançı Jan Klod Van Dam da qatıldı. Miss Fashion TV Awards çərçivəsində Rixos Sungate-ə gələn ulduz həm yerli, həm də  xarici  turistlərin marağına səbəb oldu, Van Dam sosial şəbəkə hesablarında Antalyadan xüsusi paylaşımlar etdi.



Münsiflər heyətində Jan Klod Van Damla yanaşı, Fashion TV International-ın sahibi Michel Adam, məşhur model Demet Şener, məşhur modelyer və gəlinlik dizayneri Liz Martinez, Rixos Sungate Baş direktoru Derya Billur və Women Milan Agentliyinin rəhbəri Dejan Markovic də iştirak etmişdir.




   
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri