UEFA nümayəndələrinin Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya səfəri başlayıb


Bakı Olimpiya Stadionunda 2019-cu ildə keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.


Live.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək.


Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.  
Şərhlər
İdman bölməsinin xəbərləri