İlin əvvəlindən Abşeron iqtisadi rayonunda 56 km uzunluğunda qaz kəmərləri çəkilib
- 23.04.2013, 16:51,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıt şəhərində qaz şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Şəhərin 1, 2, 3, 4, 5 və 14-cü məhəllələrinin yeraltı qaz kəmərləri yer üstünə çıxarılıb.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin əvvəlindən başlayaraq Abşeron rayonunun Mehdiabad və Novxanı kəndlərinin, Novxanıdakı yeni yaşayış məhəlləsinin, Saray qəsəbəsinin daxili qaz kəmərlərinin yenidən qurulması ilə bağlı mühüm işlər görülüb. Saray qəsəbəsindəki yeni yaşayış massivinin, Masazır kəndindəki Yeni Bakı yaşayış massivinin, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin, Ceyranbatan qəsəbəsi yaxınlığında inşa edilən yaşayış massivinin, eləcə də Xırdalan şəhərinin qazlaşdırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Xızı rayonunun Giləzi qəsəbəsində isə həyətlərdən keçən qaz kəmərlərinin küçəyə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Görülmüş işlərin nəticəsi olaraq, həmin yaşayış məntəqələrində ilin əvvəlindən etibarən ümumilikdə 56,2 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.