Türkiyə rəsmisi: Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik




Bu gün Bakıda Türkiyə və Azərbaycanın ortaq tarixinin birlikdə qeyd edilməsindən çox məmnunam.

Trend-in məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda bildirib.

Onun sözlərinə görə, türk xalqları böyük çoğrafi ərazilərin sahibidirlər: "Biz ortaq bir coğrafiyanın qardaşlarıyıq. Biz birlikdə olmalıyıq. Əgər biz birlikdə olsaq, onun nəticələri də çox sağlam olar. Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü qeyd etməklə birlikdə olmağımızın ildönümünü qeyd edirik".

Nazir müavini əlavə edib ki, bizim ən böyük işimiz həqiqətləri gələcək nəsillərə düzgün çatdırmaq olmalıdır: "Keçmişdən dərs çıxarmalıyıq, ondan ibrət götürməliyik. Bu, bizim üçün çox önəmli bir vəzifədir".
Şərhlər
Sosial bölməsinin xəbərləri