Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak ediblər
- 15.09.2018, 17:28,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər.
Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu.
Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırdı.
“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratdılar.
“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirdi.
Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başladı.
Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdirdilər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkdilər.
Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatdı.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.