Nabranda keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 52 sürücü aşkarlanıb

Nabranda keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozan 52 sürücü aşkarlanıb Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.


Yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə keçirilən reyd rayonun Nabran qəsəbəsi ərazisində baş tutub.


Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-ya verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 52 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb. Həmin sürücülərin 6 nəfəri avtomobilini sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlanılıb.


Ə. Əsgərbəyli bildirib ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri