Rzanın yanındakı qadının kimliyi dəqiqləşdi - Ərdoğan işə qarışdı
- 17.09.2018, 13:23,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İranla qanunsuz ticarət əlaqələri və korrupsiya səbəbindən ABŞ-da saxlanılan Rza Zərrab aylar sonra ilk dəfə Nyu-Yorkda görüntülənib.
O, Nobu adlı restoranda yad qadınla suşi yeyərkən fotokameraya düşüb. Rza Zərrab şəklinin çəkildiyini hiss etdikdən sonra məkanı tərk edib.
Həmin qadının kimliyi bilinib. O, Rzanın vəkili imiş. Bu barədə məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verib.
Azərbaycandan Türkiyəyə qayıdan prezident təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Rza Zərrabın yanındakı qadının onun vəkili olduğunu söyləyib.
Qeyd edək ki, Rza Zərrab Türkiyənin məşhur müğənnisi Ebru Gündeşlə ailəli olub.
Milli.Az, haberler