Çempionlar Liqasının birinci turu başa çatdı.
- 20.09.2018, 10:33,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasının birinci turunun oyunları başa çatdı.
Trend-in məlumatına görə, turun ikinci günündə “Real Madrid” komandası İtaliyanın “Roma” klubunu qəbul edib. Oyunda sevinən tərəf rəqibin qapısından 3 cavabsız qol keçirən ispanlar olub.
Oyunun 45-ci dəqiqəsində “Real”ın hücumçusu İsko hesabı açıb. 13 dəqiqə sonra meydan sahiblərinin Uelsli hücumçusu Qaret Beyl hesabda fərqi daha da artırıb – 2:0. Oyunda sonuncu qolu isə 90-cı dəqiqədə Mariano Diaz vurub.
Beləliklə, “Real Madrid” 3 xal toplayaraq “G” qrupunda liderdir, “Roma” isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
Turun digər oyunu İspaniyanın digər şəhəri – Valensiyada, Mestaliya stadionunda baş tutub. “Valensiya” “Qoca sinyora”nı qəbul edib.
Oyunun 25-ci dəqiqəsində “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldo qırmızı kart alaraq meydanı tərk edib.
Lakin, bu “Yuventus”a qalib gəlməyə mane olmayıb: Miralem Pyaniç 45 və 51-ci dəqiqələrdə iki qol vuraraq komandasına qələbə qazandırıb.
Meydan sahiblərinin hesabda fərqi azaltmağa şansı olsada, onlar buna nail ola bilməyiblər. 90-cı dəqiqədə Daniel Parexo “Yuventus”un qapısına təyin olunan penaltini reallaşdıra bilməyib.
Beləliklə, "H" qrupunda "Mançester Yunayted" və "Yuventus" 3 xalla 1 və 2-ci yerləri bölüşürlər. "Valensiya" ilə "Yanq Boyz" isə 3 və 4-cü pillələrdə qərarlaşıblar.