Azərbaycan aldığı ilk «Embraer» təyyarəsini sabah reysə çıxaracaq

Azərbaycan aldığı ilk «Embraer» təyyarəsini sabah reysə çıxaracaq «Azərbaycan Hava Yolları» QSC (AZAL) Gəncə şəhərinin 4 000 illik yubileyi ilə əlaqədar olaraq yeni alınmış Braziliya istehsalı olan «Embraer-190» təyyarəsinin ilk reysini iyulun 16-da Bakıdan Gəncəyə həyata keçirəcək. Bu barədə APA-ya AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib.

M.Səfərlinin sözlərinə görə, təyyarə Bakıdan saat 09:30-da, Gəncədən isə 13:50-də havaya qalxacaq.

Qeyd edək ki, ilk «Embraer» təyyarəsi Azərbaycana iyulun əvvəlində gətirilib. Ümumilikdə isə AZAL 6 belə avialayner alınacaq – bunlardan ikisi «Embraer-170», 4-ü isə «Embraer-190» olacaq. İkinci təyyarənin iyulun sonu-avqustun əvvəli, digərlərinin isə 2013-cü ilin sonunadək və 2014-cü ilin əvvəlində Azərbaycana gətirilməsi planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri