Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək
- 22.09.2018, 11:51,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.
LİVE.az məlumatına görə, bu barədə KIV-ə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.
Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.
Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.