Bakıda dünyanın ikinci böyük palçıq vulkanında püskürmə baş verib
- 23.09.2018, 14:49,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayevin Trend-ə verdiyi məlumata görə, bu gün saat 08:53 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib. İkinci püskürmə saat 09: 58 radələrində qeydə alınıb.
Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb.
Xatırdaq ki, dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.