Gələn ildən Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq
- 25.09.2018, 10:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda müəllimlərin sertifikatlaşdırılması sisteminin tətbiqinə 2019-cu ildən başlamaq planlaşdırılır.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
C.Bayramovun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən, müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
Nazir hazırda işçi qrupun sertifikatlaşdırmanın qaydaları, onun keçirilmə ardıcıllığı üzərində iş apardığını da söyləyib.
C.Bayramov hesab edir ki, sertifikatlaşdırma birdəfəlik proses olmamalıdır.
Onun sözlərinə görə, hər bir müəllimin 5 ildən bir həmin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulur:
"Sertifikatlaşdırma nəticəsində biz daha dəqiq ölçmələr və daha detallı məlumatlar əldə edə biləcəyik. Həmin prosesin davamlı olması ona işarə edir ki, hər bir müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi bir stimul olacaq".