Bakı-Gəncə sürət qatarı bu ilin sonuna qədər işə düşəcək

Bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması nəzərdə tutulub.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunmuş nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair paneldə bildirib.

“Təxminən, 15 gündən sonra həmin istiqamətdə hərəkət edəcək sürət qatarlarına baxış keçiriləcək”, - o qeyd edib.




report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri