Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
- 29.09.2018, 11:47,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Londonun "İCE Futures" birjasında “Brent” markalı neftin bir bareli 2,1% bahalaşaraq 83,15 dollara satılıb.
Bundan əvvəl sözügedən markalı neftin bir bareli 2014-cü il noyabrın 10-da 83 dollar həddini ötmüşdü.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,8 dollar və yaxud 2,17% bahalaşıb.
"Azeri LT CIF" markalı neftin qiyməti 84,78 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.