Meyxanaçı Vüqar sərt açıqlama verib



Azərbaycanın tanınmış meyxana ifaçısı Vüqar Əbdulov “ATV şou” proqramında qalmaqala səbəb olacaq açıqlama verib. Live.az qafqazinfoya istinadən xəbər verir ki, o, Nanə Ağamaliyevanın aparıcılıq etdiyi verilişdə həmkarları barədə sərt fikirlər səsləndirib.

O, Pərviz Bülbüləyə də söz ataraq müğənni Türkan Vəlizadəyə qoşularaq meyxana sənətini unutduğunu iddia edib:

“Bütün meyxanaçılara səslənirəm. Namiq Məna, adını “Bədiyyə” qoyub ayrı partiya yaratma! Mehman Əhmədli “Əhmədli” məktəbi qurma. Ağa Mirzə böyüyəm deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq. Necə olur ki, Vüqar müğənnilərlə, bəstəkarlarla, aktyorlarla həmfikir olub iş görə bilir.

Sizin hər biriniz ayrı-ayrı toya, çadıra, xıymaya çəkilmisiz. Ortaya çıxacaq bir meyxanamız yoxdur. Biri Türkana (müğənni Türkan Vəlizadə) qoluşub, digəri “banda” yaradıb. Bunun axırı yoxdur. Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir?”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri