İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 405 nəfərə çatıb



İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 405 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.

Bildirilir ki, hakimiyyət orqanları Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayını dəqiqləşdiriblər. Məlumata görə, yeraltı təkanlar zamanı yüzlərlə sakin xəsarət alıb.

Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.
Şərhlər
Dünya bölməsinin xəbərləri