Tolik və "Pişik" arasında qalmaqal yaranıb


Müğənni Günel Ələkbərova ilə prodüser Tarix Əliyev (Tolik) arasında qalmaqal yaranıb.

  LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, gərginliyə səbəb prodüserin Günelin ad günü ilə bağlı  instaqramda yazdığı şərhlərdir.

Sosial şəbəkə istifadəçilərindən biri Ələkbərovanın ad günündə canlı yayıma qoşulub.  Tolik də həmin yayıma daxil olaraq məclisin səbəbkarı və qonaqlar barədə fikirlər yazıb.

Prodüser "Mən gedən məclislərdə əsl ulduzlar olur", "Günel yaxşı qızdır, amma mənim statusum… (gülür)", " Baxıram, elə düşünürəm ki, düz edib getməmişəm",  "Dəhşət, adam qalmayıb ki…", "Hamı Aygün Kazımova olmaq istəyir" kimi rəylər qeyd edib.

Günel Ələkbərova həmin “Screen”ləri instaqram səhifəsində paylaşaraq Tolikə cavab verib: “Sənə zəng vurdum, götürmədin. Məni bu status yazmağa məcbur etdin. İndi mənə yaxşı qulaq as. İkinci dəfədir ki, mənə söz atırsan. Məni bəziləri ilə səhv salma! Heç kimin yanında artıq-əksik işim olmayıb.  O cümlədən də sənin… Həmişə insanları olduğu kimi qəbul edib hörmətlə yanaşmışam. Amma hörmətsizlik edib mənə qarşı çaşanları susdurmağa qadir biriyəm. Bunu yaxşı bilirsən. Görünür ki, məclisimə gələn qonaqlar sənin üçün maraqlı olub ki, vaxtını belə şeylər yazmağa həsr etmisən. Son olaraq deyirəm, mənə ilişmə”.














Şərhlər
Şou-biznes bölməsinin xəbərləri