Günay İbrahimlidən dinamik klip
- 04.10.2018, 13:13,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Günay İbrahimli yeni klipini təqdim edib.
LİVE.az xəbər verir ki, qeyri-adi obrazları ilə diqqət çəkən ifaçı yeni klip çəkilişi üçün Ukraynanın paytaxtına yollanıb.
Qısa səfər zamanı rejissor Fərhad Əli və xarici komanda ilə birgə “Can atma” adlı mahnınısına klip çəkib.
Çəkilişlər Kiyev şəhərində, metro, tramvay, körpü, tank istifadə etməklə edilib.
Sənətçinin bu dəfəki obrazı üzərində dizayner Nigar Atakişizadə çalışıb və Günay üçün dörd geyim hazırlanıb.
Bundan əlavə, ekran işində İbrahimli maraqlı rəqsi ilə də diqqət çəkib.
“Can atma” adlı mahnının sözləri Aydan Xəndana, musiqisi İsmayıl Əsədova məxsusdur.
Klip rəsmi “Youtube” səhifəsində yerləşdirilib:
Foto: Günay İbrahimli