Gədəbəydə mənzilə oğurluğa girənlər ev sahibi ilə əlbəyaxa oldular
- 09.10.2018, 10:03,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gədəbəy rayonunda mənzildən külli miqdarda pul oğurlanıb.
Hadisə rayonun Səbətkeçməz kəndində baş verib.
Kənd sakini, 1962-ci il təvəllüdlü Musayeva Naibə Əlağa qızının evinə naməlum şəxslər basqın edib.
Həmin şəxslər evə daxil olaraq oradan 9 min 536 manat pulu götürüb evdən çıxarkən N.Musayeva ilə qarşılaşıb. Qarşılaşma zamanı qadınla əlbəyaxa olub onu yıxaraq hadisə yerindən qaçıblar.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində Cinayət Məsəlləsinin 180.2.3-cü maddəsilə cinayət işi başlanıb.
Trend