Maqistral yolda təkəri partlayan avtomobil aşıb, xəsarət alan var
- 09.10.2018, 10:33,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Live.az report-a istinadən verdiyi məlumata görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin təkəri partlayıb və avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sərnişini - Masallı rayon sakini 1970-ci il təvəllüdlü Rufullayev Qürbət Əlixan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.