Futbol üzrə Azərbaycan milli yığması UEFA Millətlər Liqasında növbəti oyununu Farer adaları komandasına qarşı keçirir.
LİVE.az-ın məlumatına görə, Azərbaycan millisi rəqibi 3:0 hesabı ilə məğlub edib.
Yığmamızın heyətində 28 və 85-ci dəqiqələrdə Riçard Almeyda, 67-ci dəqiqədə isə Dmitri Nazarov fərqlənib.
Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta millisinə 3:1 hesabı ilə qalib gəlib. Belə də, Kosovo yığması 7 xalla qrupda birinci, Azərbaycan millisi isə 5 xalla ikinci pillədə qərarlaşıb.