Tolik Faiq Ağayevin başına tac qoydu

 



Xalq artisti Faiq Ağayev "Hər şey daxil" verilişinin qonağı olub.

Proqramın aparıcısı prodüser Tarix Əliyev (Tolik) müğənniyə sürpriz hazırlayıb. O, Ağayevə tac hədiyyə edib.

F.Ağayev bildirib ki, 1996-cı ildə "Dəşti" klipində başına tac qoyub:

"Başımın tacı 30 ildir qazandığım tamaşaçımdır. Gənc yaşımda Əməkdar və Xalq artisti adını qazanmağımdır".  

Qeyd edək ki, Tolik bundan əvvəl verilişinə gələn xalq artisti Nazpəri Dostəliyeva, müğənni Damlanın başına tac qoyub.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri