Bakıda bu evlər sökülür



Paytaxtda dəmir yolu xəttlərinin yaxınlığında yerləşən 46 evdən 19-nun söküntüsü yekunlaşıb. Burada məqsədhərəkətdə olan qatarların təhlükəsizliyi təmin etməkdir. Evləri sökülən sakinlərə kompensasiya ödənilib.

Dəmir yolunun yaxınlıqında inşa edilən tikililər sökülür. Buna səbəb qatarların hərəkətində təhlükəsizliyi təmin etməkdir. Hazırda söküntü işləri Paytaxtın Nizami rayonu Davud Aslan küçəsindəicra edilir.

Ərazidə çəkilişdə olduğumuz zaman burada yaşayanların evin əşyaları ilə yanaşı mənzildəistifadə edilən tikinti materiallarını da apardıqlarının şahid olduq.

Sakinlərin sözlərinə görə onlar kompensasiylarını aldıqdan sonra özlərinə ev axtarmağa başlayacaqlar.

''Azərbaycan Dəmir Yolları'' Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın verdiyi məluamata görə artıq ərazidə ki 46 evdən 19-nun söküntüsü yekunlaşıb və proses davam etdirilir.



Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri