Dünyanın ən uzun birbaşa uçuşu reallaşdı


Dünyanın ən uzun birbaşa uçuş reysi baş tutub.


LİVE.az xarici mətbuata istinadən xəbər verir ki, Sinqapur Hava Yolları bahalı hala gəlməsi səbəbindən beş il əvvəl ləğv etdiyi uçuş reysini yenidən istismara verib.


Belə ki, Sinqapur-Nyu-York reysi yenidən bərpa olunub.


Uçuş zamanı 19 min kilometrdən artıq yol qət edilib. Səfər orta hesabla 19 saata yaxın davam edəcək.


Qeyd edək ki, digər ən uzun uçuş reysləri "America United" Hava Yolları tərəfindən həyata keçirilir. Hyuston-Sidney səfəri 17 saat 20 dəqiqə, Los Anceles-Sinqapur səfəri 17 saat 15 dəqiqə davam edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri