Müğənni Günay İbrahimli bu dəfə fərqli obrazda kamera qarşısına keçib.
O, tanınmış məşqçi Səbinə Məhərrəmova ilə birgə yeni bir layihəyə imza atıb.
“Məşqin bəhanəsi yoxdur” devizi ilə lentə alınan çəkilişlərdə G. İbrahimli və S. Məhərrəmova iş xanımı obrazını canlandırıb, daha sonra fitnesslə məşğul olaraq insanlara idmanla bağlı çağırış ediblər.
“Bizim əsas məqsədimiz odur ki, insanlar işlərini bəhanə edərək idmana biganə qalmasınlar. Artıq neçə aydır ki, idmanla məşğulam. İstədim ki, maraqlı bir layihəyə imza ataq və əməyi keçən hər kəsə təşəkkür edirəm”- deyə Günay bildirib.
Xatırladaq ki, layihənin prodüseri tanınmış məşqçi Ceyhun Vəliyevdir. Videonu Hüseyn Qəribov, fotoları Həmid Həmidli çəkib.