Bakının mərkəzində yolun çökməsinin ilkin SƏBƏBİ məlum olub



Paytaxtın Səməd Vurğun küçəsində yolun çökdüyü ərazidə yeni tikilən binada işlər dayandırılıb.

Hazırda ərazidə işləyən müvafiq qurumların əməkdaşları Trend-ə bildirib ki, çökmə bir anda baş verib. Ərazidən keçən rabitə xətlərinə də ciddi ziyan dəyib. Problemin aradan qaldırılması istiqamətində işlər davam edir.

Bundan başqa, yol kənarındakı reklam lövhəsi də götürülür.

İnşaat işlərini həyata keçirən şirkətin məsul əməkdaşı Nuran Həsənzadə Trend-ə deyib ki, binanın ətrafında tikilən istinad divarları lazımi vaxtda və düzgün şəkildə vurulub:

“Yolun çökməsinin başlıca səbəbi yeraltı borulardan sızan sulardır. Hazırda ərazidə olan bütün işçi qüvvəsi problemi aradan qaldırmaq üçün əllərindən gələni edir”.

Bir qədər əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirmişdi ki, həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir.




Şərhlər
Sosial bölməsinin xəbərləri