Azərbaycan "Köç"ü Neapolda
- 15.07.2013, 18:57,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı rejissor Rodion İsmailovun “Köç” sənədli filmi İtaliyanın Neapol şəhərində keçiriləcək VI Beynəlxalq “Faito doc Festival” sənədli filmlər festivalında nümayiş etdiriləcək.
Avqustun 20-dən 25-dək keçiriləcək festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdiriləcək. Festivalda da uğur qazanmağa iddialı olan “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir.
Film 2010-cu ildə Azərbaycanın “DS film” studiyasında istehsal olunub. Ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Film bundan əvvəl bir sıra beynəlxalq festivallarda nümayiş olunub.