Klinton və Obamaya bomba göndərildi
- 24.10.2018, 18:45,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın sabiq prezidenti Bill Klinton və keçmiş dövlət katibi Hillari Klintonun iş yerində, məktubların arasında bomba tapılıb.
LİVE.az məlumatına görə, bu barədə Yenicag-a xarici mətbuata istinadən xəbər verir ki, qurğunu poçtu nəzərdən keçirəkən Klintonların işçisi tapıb.
Hadisə yerinə polis qüvvələri və bomba mütəxəssisləri çağırılıb. Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
ABŞ mətbuatı Ağ Evə də bomba göndərildiyini və zərərsizləşdirildiyini yazıb.
Qeyd edək ki, bomba məşhur milyarder Corc Sorosun poçt qutusunda partlayıcı qurğunun tapılmasından cəmi iki gün sonra aşkarlanıb. Polis hər iki qurğunun oxşar olduğunu deyib.