Səhiyyə Nazirliyi: Azərbaycanda qızılcaya kütləvi yoluxma təhlükəsi yoxdur
- 16.07.2013, 01:25,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyi qonşu ölkələrdə qızılca xəstəliyinin həddindən artıq yayılmasının və bunu ölkəmizə keçə biləcəyinə dair əhaliyə müraciət edib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında deyib ki, Türkiyə və Rusiyada da qızılcaya yoluxma halları var, bu günlərdə Gürcüstanda qızılca xəstəliyi həddindən çox qeydə alınır: “Qonşu ölkələrdən Azərbaycana qızılca virusunun keçməsi təhlükəsi hər zaman olub və bu gün də var. Ona görə hər bir şəxs immunizasiya, yəni peyvənd işini vaxtında görməli, öz uşaqlarını da vaxtında peyvənd etdirməlidirlər. Çünki qızılca xəstəliyinə yalnız peyvənd olunmayan insanlar tutulur”.
A. Əliyeva qeyd edib ki, bu gün Azərbaycanda qızılcaya kütləvi şəkildə yoluxma təhlükəsi yoxdur: “Tək-tək hallarda yoluxma halları qeydə alınır. Müayinələr zamanı müəyyən olunub ki, bizdə yoluxma zamanı qeydə alınan qızılca Rusiya və Avropa ölkələrində olan xəstəliklərlə eyni genotipdədir. Bunlar gətirilmə viruslardır və ölkədə 1-2 nəfər qızılcaya tutulub. Ölkədə qızılca xəstəliyini ilə bağlı narahatçılığa heç bir ehtiyac yoxdur. Qeydə alınan qızılca xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər görülür, peyvəndləmə işləri aparılır”.