Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib


UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.


LİVE.az-ın məlumatına görə, Parisdə “PSJ” ilə İtaliyanın "Napoli" komandaları arasında matçda qalib müəyyən edilməyib. "Park de Prens" stadionunda baş tutan görüş 2:2 hesabı ilə bitib. "Napoli" səfərdə iki dəfə öndə olsa da, son saniyələrdə qələbəni əldən verib.


Azərbaycanda böyük fanat ordusu olan "Qalatasaray" evdə alman "Şalke"sini qəbul edib. Burda da oyun heç-heçə bitib.


Bu gecə digər alman klubu "Borussiya" isə ispan "Atletiko"sunu darmadağın edib. Qaşılaşma 4:0 hesabı ilə bitib.


Digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:


"Borussiya Dortmund" (Almaniya) – "Atletiko M" (İspaniya) - 4:0

"Brügge" (Belçika) – "Monako" (Fransa) - 1:1

"Barselona" (İspaniya) – "İnter" (İtaliya) - 2:0

"PSV" (Niderland) – "Tottenhem" (İngiltərə) - 2:2

"Liverpul" (İngiltərə) – "Srvena Zvezda" (Serbiya) - 4:0

"Qalatasaray" (Türkiyə) – "Şalke-04" (Almaniya) - 0:0

"Lokomotiv" (Rusiya) – "Portu" (Portuqaliya) - 1:3
Şərhlər
İdman bölməsinin xəbərləri