Brilliant Dadaşova Türkiyə şirkəti ilə əməkdaşlıq edəcək



Xalq artisti Brilliant Dadaşova Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik” şirkəti ilə əməkdaşlıq edəcək.

25 oktyabr Grand Neon restoranında  press konfrans keçirildi.

 Press konfransda Türkiyənin “Kemal Müzik Yapım & Menajerlik “şirkətin rəhbəri Kamal Aslan “Türkiyə və Azərbaycan mədəniyyət körpüsü” layihələrini təqdim etdi.

Layihə çərçivəsində ilk öncə Türkiyədə  xalq artisti Brilliant Dadaşovanın  konsertləri təşkil olunacaq. Bir sıra türk müğənilərin konserti Azərbaycanda, azərbaycan müğənilərin konserti isə Türkiyədə  planlaşdırılır.

B.Dadaşova yeni layihədən danışıb:“Hər təklifi qəbul etmirəm, Kamal bəy bir markadır, ona yox deyə bilməzdim. İşbirliyimizə artıq start verdik”.

“Bu layihələri reallaşdırmaqda məqsədimiz heç də pul qazanmaq deyil. Bir məqsədimiz var, o da Türkiyə-Azərbaycan arasında mədəniyyət körpüsü yaratmaqdır”, – deyə Kamal Aslan bildirib.




























   

 



 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri