"Fake News" ildən-ilə zəifləməyən böyük sosial təhlükədir
- 26.10.2018, 14:11,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Fake News" (yalan xəbərlər) - ildən-ilə zəifləməyən böyük sosial təhlükədir.
Trend-in məlumatına görə, bunu Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının vitse-prezidenti Mixail Qusman VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Yanlış məlumatlandırma siyasəti: Müasir dünyada sabitliyə təhdid" mövzusunda işçi sessiya zamanı deyib.
Onun sözlərinə görə, yalan informasiya problemi jurnalistika üçün gündən-günə daha aktual olur. M.Qusman qeyd edib ki, dunya mətbuatı bu cür mənfi çağırış və informasiya hücumuna hazır olmalıdır: "Bu problemlə mübarizə hələ lap erkən mərhələdədir və bu yalan xəbərləri dayandıracaq "qırmızı düyməni" tapmaq vacibdir".
Çıxışının sonunda M.Qusman AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanova işçi sessiyanı təşkil etdiyi ucun təşəkkür edib.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.