Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər



Türkiyə, Rusiya, Fransa və Almaniya liderləri Suriyanın ərazi bütövlüyünə bağlılıqlarını təsdiq ediblər.

Bu, Türkiyənin İstanbul şəhərində keçirilən dördtərəfli sammitin yekun kommünikesində qeyd olunub.

"Onlar Suriyanın suverenliyi, müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə möhkəm bağlılıqlarını təsdiq ediblər", — deyə Almaniya hökuməti tərəfindən yayılan sənəddə bildirilir.

Bundan əlavə, liderlər əmin olduqlarını vurğulayırblar ki, münaqişənin hərbi həlli mümkün deyil.

Onların fikrincə, o, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun siyasi proses çərçivəsində danışıqlar yolu ilə nizamlana bilər.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri