Son günlər üzrə çaylarda suyun səviyyəsi açıqlandı
- 28.10.2018, 14:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çaylarda son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 80 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 66,5 m3/s olmaqla, ongünlük normanın 72 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 62 m3/s təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 5 sm artım qeydə alınıb, lakin Surrada 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2017-ci il oktyabrın 26-da 350 sm), Şirvanda 201 sm (2017-ci il oktyabrın 26-da 203 sm), Salyanda 147 sm (2017-ci il oktyabrın 26-da 165 sm), Bankədə 172 sm (2017-ci il oktyabrın 26-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 26-da 78 sm) təşkil edib.si