Vyana Ştraus Festival Orkestrinin Bakı konsertinin biletləri 1 ay əvvəldən bitdi



Vyana Ştraus Festival Orkestrinin noyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək növbəti konserti də tam anşlaq vəd edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, konsertin bütün biletləri artıq bir ay əvvəldən alınıb.

Bu, orkestrin Heydər Əliyev Mərkəzində 3-cü çıxışı olacaq. 2014 və 2016-cı illərdə keçirilən konsertlər də anşlaqla keçmişdi.

Tamaşaçıları bu dəfə də maraqlı repertuar, peşəkar ifa və bayram ovqatlı konsert proqramı gözləyir.

Orkestr məşhur dirijor Peter Qutun rəhbərliyi ilə çıxış edəcək. Konsert proqramında dünya şöhrətli avstriyalı bəstəkar, “valsın kralı” İohan Ştrausun, həmçinin digər klassiklərin – ata İohann Ştraus, Yulius Fuçik, Yozef Ştraus, Eduard Ştraus və Karl Mixael Tsirerin əsərləri təqdim olunacaq.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri