“Nikulinin Qızıl Sirki” Bakıda



Oktyabrın 27-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı münasibətilə Rusiyanın məşhur “Nikulinin Qızıl Sirki” böyük heyətlə paytaxt sakinlərinin görüşünə gəldi.

Live.az xəbər verir ki, tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama hava gimnastları, akrobatlar, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, jonqlyorlar, şən kloun və digər maraqlı nömrələr daxildir.

“Svetnoy bulvarda” Moskva Nikulin Sirki maraqlı proqram ilə noyabrın 20-dək şəhərimizdə olacaq.

Biletlərin qiyməti dəyişməyib və sırasına görə 10 manatdan 20 manata kimidir!

Xatırladaq ki, oktyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayevlə Bakı Dövlət Sirkinin dəvəti ilə paytaxtımızda qastrol səfərində olan Y.Nikulin adına “Svetnoy bulvarda” Moskva Dövlət Sirkinin direktoru, Sirk İncəsənəti Akademiyasının akademiki Maksim Nikulin arasında görüş olub.

Görüşdə qeyd olunub ki, Bakı Dövlət Sirki ilə Rusiya Sirki arasında hələ ötən əsrdən başlanan əlaqələr bu gün də uğurla davam etdirilir. Nazir, həmçinin gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Əlli ildən sonra yenidən Bakıya səfərindən məmnunluğunu ifadə edən Maksim Nikulin Bakı şəhərinin özünəməxsus gözəlliyi ilə bağlı təəssüratlarını bölüşüb və “Nikulinin Qızıl Sirki”ni izləməyə hamını dəvət edib
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri