Müğənni və aparıcı Murad Arifin “MTV Azərbaycan”da və “Youtube” kanalında yayımlanan “Popumuz var” adlı verilişinin budəfəki buraxılışı böyük müzakirələrlə yadda qalıb.
LİVE.Az xəbər verir ki, bu dəfə proqramda Damla qonaq olub.
Müğənni bir çox suallara cavab verib və fikirlərini bildirib.
“Tamaşaçı Azərbaycan xanımın obrazını səhnədə gördü. Bundan əvvəl çox gözəl, xanım-xatın sənətçilər səhnəyə çıxıb. Sırf estradan danışıram. Məsələn, qaynaqsız saçlar, bir az dolu olmaq və s. İndi hamı pəhriz saxlayır ki, arıq olsun”.
Bu sözləri müğənni Damla Murad Arifin sualına cavab olaraq bildirib.
Həmçinin bildirib ki, Aygün Kazımovasız və Röyasız şou-biznesi istəməz.