Pərvin Abıyeva: "Azərbaycanda aktrisa, aparıcı, müğənni oldunsa, fahişəsən"


Ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir.


LİVE.az məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva yazıb.



Sənətçi bildirib ki, Azərbaycanda aktrisa, müğənni olanlara əxlaqsız kimi baxırlar. Pərvin sosial şəbəkədə onu tənqid edənlərə belə cavab verib:


"Aktrisa, aparıcı, ya da müğənni oldunsa, fahişəsən. Azad yaşadın fahişəsən... Boşandın fahişəsən... Söyüşlərinizi özünüzə saxlayın. Mən kiminsə alqışı ilə doğulmamışam ki, qarğışı ilə də gedəm".

 

Axşam.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri