Türkiyə Baş Prokurorluğu: Səudiyyəli jurnalist İstanbulda boğularaq öldürülüb
- 31.10.2018, 18:22,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyəli jurnalist Camal Xaşuqci Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluq binasında boğularaq öldürülüb.
Bu barədə Türkiyə Baş Prokurorluğunun açıqlamasında deyilir.
Məlumatda o da qeyd olunur ki, qətldən sonra jurnalistin bədəni parçalara ayrılıb.
Xatırladaq ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.
Trend