UNICEF: İnternetin yaratdığı təhlükələr barədə uşaqların məlumatlarını artırmalıyıq



Biz uşaqları qoruyuruq, onların təhlükəsizliyinin təmini üçün proqramlar yaradırıq, amma uşaqlara internetin yaratdığı təhlükələr barədə də danışmalı, onların bununla bağlı məlumatlarını artırmalıyıq.

Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda internet uşaqlar üçün geniş imkanlar yaradır: "Əslində, onun yaratdığı geniş imkanlardan istifadə etməliyik, bu imkanları məhdudlaşdırmamalıyıq. Ancaq təəssüflə onu da etiraf edək ki, cəmiyyətdə bəzi şəxslər internetin imkanlarından istifadə edərək insanlara zərər vururlar. Odur ki, biz onun qarşısını almaq üçün tədbirlər görməliyik".

E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır.


Trend


Şərhlər
Sosial bölməsinin xəbərləri