BNA: Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir



Mətbuat prospektindəki parklanma yerində avtomobil saxlamaq inzibati xəta hesab edilir.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, hazırda təmsil etdiyi qurum tərəfindən şəhərin hər hansı bir yerində avtomobillər üçün parklanma yerləri təşkil edilməyib:

"Mətbuat prospektindəki bu parklanma yeri səkinin üstüdür və buradakı parklanma piyadaların hərəkətinə ciddi maneə yaradır. Bu kimi yerlərdə nəqliyyat vasitəsinin park edilməsi inzibati xəta hesab edilir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri