“Funky Monkey”: Fəvvarələr meydanında dəlisov rəqs

  


“Funky Monkey” adlı klipi sosial mediada paylaşılıb.


LİVE.Az xəbər verir ki,  Altun Zeynalovun təqdim etdiyi ekran işində çəkilən aktyorların çılğın rəqsləri diqqətə səbəb olub.


Görüntüdə musiqi dinləyən gənclər Bakının “Tarqovı” adlanan hissəsində rəqs etməyə başlayırlar.


Ətrafda gəzən insanların maraqla izlədiyi şounu isə aktyorlar Həsən Ağa, Ramirez, Ramil Bayov, Ramil Əliyev, Murat Jessie və Evgeniya Timaşenko canlandırıb.


Ekran işinin ssenarisi və rejissoru Vüqar Əşrəfovdur.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri