Azərbaycanda 800-ə yaxın şəxs qanunsuz olaraq süni göl yaradıb balıq yetişdirir
- 03.11.2018, 10:55,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Hazırda Azərbaycanda 800-ə yaxın fiziki və hüquqi şəxs akvakultura fəaliyyəti ilə məşğul olur, lakin dövlət qeydiyyatına alınmadıqları üçün onların fəaliyyətləri qanunsuz sayılır.
LIVE.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
M.Axundov bildirib ki, Nazirlər Kabinetinin 2017-ci il iyulun 17-də təsdiqlədiyi “Akvakulturanın həyata keçirilməsi” qaydasına əsasən, ETSN akvakultura fəaliyyətinin göstərildiyi müəssisələrin qeydiyyatını aparmalıdır:
“Akvakultura fəaliyyətini həyata keçirmək üçün nazirliyə 800-ə yaxın fiziki və hüquqi şəxs müraciət edib. Biz o müraciətlərə bildiriş yazaraq cavablandırmışıq ki, onlar müvafiq sənədləri və təsərrüfatlarının bioloji və texnoloji əsaslandırmasını hazırlayaraq nazirliyə təqdim etsinlər. Amma problem budur ki, onlar sənədləşməni etmirlər. Buna görə də biz indi özümüz həmin müəssisələrin koordinatlarını müəyyənləşdirmək və onlarla əlaqə saxlamaq məcburiyyətindəyik”.
M.Axundov qeyd edib ki, artıq nazirliyə müraciət edən 800-ə yaxın fiziki və hüquqi şəxsin müəssisələrinin yerləşdiyi koordinatları müəyyənləşdirməyə başlayıblar:
“Artıq 500-ə yaxın müəssisənin koordinatını əldə etmişik. Biz yalnız çalışağayıq ki, qeydiyyata alınması üçün onlara yardım edək və bu müəssisələrin fəaliyyətini qanuniləşdirməklə ərzaq təhlükəsizliyini təmin edək. Onlar qeyri-leqal fəaliyyət göstərdikdə həm də vergidən də yayınmış olurlar”.
Qeyd edək ki, akvakultura balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədi ilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyətdir.