Bakıda 4-5 noyabr 2018-ci il tarixlərində Avropa İttifaqının təşəbbüsü ilə Almaniyanın Azərbaycandakı səfirliyi, eləcə də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyilə, Bakıda Fantazia mədəni irs festivalı çərçivəsində tarixçi və peşəkar təlimatçılar tərəfindən dəstəklənən Bakı şəhərinin tarixi qəlbindən keçərək ziyarətçiləri zaman içində səyahətə dəvət edən xüsusi bələdçi marşrutları təqdim edilib.
LİVE.az bildirir ki, bu gəzintilər, 20-ci əsrin əvvəllərinə aid valehedicin memarlıq incilərinin yenidən kəşf edilib, bu bina və abidələrin Bakı mədəni və memari irsinin əhəmiyyətli bir hissəsini təmsil etməsinin vurğulanması məqsədi daşıyır.
Avropalı memarlar tərəfindən ilkin qara qızıl, yəni neft bumu dövründə tikilən, Bakının köhnə hissəsi olan "Sovetskaya" ərazisindəki ecazkar tarixi tikililərin əksəriyyəti populyar turizm marşrutlarına daxil edilmir. Bu binalardan bəziləri bu gün şəxsi evlər olduğundan ictimaiyyət üçün bağlıdır.
Könül Rəfiyevanın bədii rəhbərliyi altında keçirilən Fantaziya Festivalı bu binaların bəzilərini müxtəlif tematik xüsusi hazırlanmış ekskursiyalar zamanı açılmasını təmin edir. Memar Elçin Əliyev "Alman iris Bakı memarlığında" ölkəmizdə, həmçinin paytaxt Bakıda alman əsilli memarların izlərinə barədə, "Bakı əsrlər boyu" gəzintisində tanınmış bloqer və jurnalist Vyaceslav Sapunov İçərişəhər və ilk neft bumu dövrü tikililərinə dair tarixə baxış, "Bakının gizli küçələri" zamanı isə gənc bələdçi Ülkər Mahmudova şəhərin gizli küçələrini və digər memarlıq abidələri ətrafında ekskursiya aparmışdır.
İlk "Fantazia" Festivalı Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, xüsusilə də Fransa, Almaniya, Macarıstan, Hollandiya, Polşa dəstəyilə keçirilir və Bakıda mədəni irsin qorunmasının vacibliyini vurğulamağa xidmət edir. Təşkilatı dəstək "United Cultures"-a mənsubdur. Festival 1-10 noyabr tarixlərində keçirilir ki, bu çərçivədə beynəlxalq və yerli tanınmış mütəxəssislərin iştirakı ilə konsertlər, bələdçi turlar, seminarlar, film nümayişləri, sərgilər, incəsənət layihələri, müsabiqələr və müzakirələr daxil olmaqla müxtəlif tədbirlər təqvimi təqdim edilir.
Rəsmi tərəfdaşlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm İdarəsi Memarlar İttifaqı, Azərbaycan Xalça Muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Yarat Müasir İncəsənət Məkan, elmi tərəfdaşlar isə Venesiyada yerləşən Ca 'Foscari Universiteti, ADA Universiteti, Azərbaycan Milli Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetidir.