“Kaspersky Lab” Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığını açıqlayıb




“Kaspersky Lab” şirkətinin mütəxəssisləri müəyyən* edib ki, Azərbaycanda internet istifadəçilərinin 41%-nin rəqəmsal qurğuları zərərverici proqramlara yoluxub. Bunula belə, onlardan təxminən hər ikincisi üçün buna bənzər münaqişələr son bir il ərzində ən azı iki dəfə baş verib. Nəticədə, istifadəçilərin təqribən yarısı fayllarını itirib (45%) və ya qurğunun ağır işləməsini (43%) müşahidə edib. Zərərçəkmişlərin hər beşincisi qurğunun bloklanması ilə rastlaşıb, istifadəçilərin 13%-nin qurğusunda fayllar şifrlənib.

Qurğuların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri həm də digər kiber-risklərlə qarşılaşıb. Məsələn, istifadəçilərin 21%-i tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub. İstifadəçilərin 19%-i trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15%-i isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9%-i rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78% hallarda).

Kibertəhdidlər biznes-istifadəçilər üçün də vacib sənədlərin itikisinin səbəbinə çevrilib. Belə hallarla şirkətlərdə yüksək vəzifə tutan və biznes üçün vacib qərarlar qəbul edən tədqiqat iştirakçılarının 32%-i rastlaşıb. Daha 18%-i isə bildirib ki, hücum nəticəsində şirkətə maliyyə zərəri dəyib. Ümumiyyətlə, korporativ istifadəçilərin dörddə birindən çoxu (28%-i) işdə qurğuda zərərverici proqram təminatına yoluxub. Hər onuncu istifadəçi fişinq qurbanına çevrilib. Təxminən hər 20-ci şirkətdə şifrləyicilər və ya məqsədli hücumlarla bağlı hallar yaşanıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün çoxfunksiyalı alətlər yaradır, onlardan istifadə edirlər, artıq “dövriyyəyə” buraxılmış zərərvericilərin funksionallığını daim dəyişir və genişləndirirlər, və bu da onlara məqsədlərinə – istifadəçilərin məxfi məlumatlarını əldə etmək – daha tez çatmağa imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır, şirkətlərin isə əməkdaşların təlimlərinə diqqət yetirməsi olduqca vacibdir”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri