“Rasim Ocaqov” təqaüdünü alan növbəti tələbə bəlli oldu



Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsis etdiyi “Rasim Ocaqov” təqaüdünün veriləcəyi növbəti tələbənin adı bəlli olub.

LİVE.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Xalq artisti, SSRİ və Azərbaycanın Dövlət Mükafatları Larueatı, kinorejissor Rasim Ocaqovun adına təsis etdiyi “Rasim Ocaqov” təqaüdü yeni tədris ili üçün kinorejissor ixtisası üzrə təhsil alan tələbəyə verib.


Qeyd edək ki, görkəmli kinorejissorun adına olan təqaüdə Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə ən yaxşı oxuyan, istedadı ilə fərqlənən xalq artisti Vaqif Mustafayevin tələbəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi Allahverdiyev Rəhman Fürqət oğlu layiq görülüb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri